Abdulla Gül: “Yaxın Şərqdə ən böyük problem Fələstin məsələsidir”

Abdulla Gül: “Yaxın Şərqdə ən böyük problem Fələstin məsələsidir”
# 24 noyabr 2014 11:42 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Yaxın Şərqdə ən böyük problem Fələstin məsələsidir”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin sabiq prezidenti Abdulla Gül deyib.

O qeyd edib ki, Fələstin məsələsi çözülmədən digər münaqişələri həll etmək çətindir.

Avropanın bəzi ölkələrinin Fələstini dövlət kimi tanımasını yaxşı hal kimi qiymətləndirən sabiq prezident BMT Təhlükəsizlik Şurasının 1991-ci ildə bölgənin kütləvi qırğın silahlarından təmizlənməsinə dair qərarına diqqət yetirilmədiyindən gileylənib.

"Prezident Obama məsələ ilə bağlı bir dəfə iclas keçirsə də, təəssüf ki, bunun ardı gəlmədi”, - deyə o qeyd edib.

Suriya və İraqdakı vəziyyətə gəldikdə isə A. Gül qonşu dövlətlərin problemlərinin Türkiyəyə təsir etdiyini bildirib. “Uzaqdan hər kəs xoş niyyətlə nəyisə məsləhət görür. Ancaq indi biz narahatlıq içindəyik. Bir tərəftən 2 milyon qaçqın, digər tərəfdən təhlükəsizlik məsələsi. Bunlar böyük problemlərdir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR