"Azərbaycan Sənaye Bankı”nın rəhbərliyində dəyişiklik olub

"Azərbaycan Sənaye Bankı”nın rəhbərliyində dəyişiklik olub
# 01 may 2015 15:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə-APA-Economics. "Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinin sədri Hüseyin Özmen müqavilə müddətinin başa çatması ilə əlaqədar işdən ayrılıb.

Bankın Marketinq departamentinin rəhbəri Rafiq Şahverdiyevin "APA-Economics"ə verdiyi xəbərə görə, H. Özmənə bank qarşısındakı xidmətlərinə görə təşəkkür olunub və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Hələlik İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Doğan Tandoğana həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR