Amerikalı siyasətçi Maykl Morgilos Kiyevdə Azərbaycan diasporu ilə görüşüb

Amerikalı siyasətçi Maykl Morgilos Kiyevdə Azərbaycan diasporu ilə görüşüb
# 27 iyun 2016 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. ABŞ siyasətçisi və alimi Maykl Morqulis Kiyevdə Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevlə görüşüb.

Konqresdən APA-ya verilən məlumata görə, görüşdə amerikalı siyasətçi Ukraynada etnik münasibətləri, azsaylı xalqların ictimai-siyasi həyatda rolu və ölkənin hazırkı durumunda etnosların rolu ilə maraqlanıb.

R. Tağıyev qonağı rəhbəri olduğu Millətlər Assambleyası tərəfindən ölkə rəhbərliyinə və qanunverici orqanına hazırladıqları təkliflərlə tanış edib. Təkliflərin ölkənin etnik xalqların Ukrayna siyasi və qanunverici dairələrində təmsilçiliyindən, verəcəyi töhfədən ibarət olduğunu izah edən Assambleya rəhbəri Amerikan tərəfdaşları ilə birgə fəaliyyətə dəvət edib. M. Morgilos bunu yüksək dəyərləndirərək təqdim olunan layihələrin onlar üçün maraqlı olduğunu və bunu Ukrayna rəhbərliyi ilə birgə müzakirə etməyin zəruri olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR