Fransa prezidentinin reytinqi rekord həddə aşağı düşüb

Fransa prezidentinin reytinqi rekord həddə aşağı düşüb
# 30 iyun 2016 00:47 (UTC +04:00)

Bakı-APA. Prezident seçkilərinə bir ildən az müddət qalmış Fransa prezidenti Fransua Ollandın reytinqi 12%-dək enib.

APA-nın məlumatına görə, bu barədə “Figaro” qəzeti rəy sorğularını keçirən “TNS Sofres-Onepoint” şirkətinə istinadən yazıb.

Sorğunun nəticələrinə görə, fransızların 12%-i F.Ollandı qismən və yaxud tam şəkildə dəstəkləyir, 86%-i isə dəstəkləmir və yaxud Fransa prezidentini lider kimi qəbul etmir. Hazırkı reytinq Ollandın prezident kimi fəaliyyətə başladığı müddətdən bəri populyarlığının ən aşağı göstəricisidir.

Bununla belə, rəyi soruşulanların 20%-i baş nazir Manuel Valsı dəstəkləyib. Rəy sorğusu iyunun 23-27-də keçirilib. Fransada növbəti prezident seçkiləri 2017-ci ilin yazında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR