Milli Şura və AXCP Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqdə iştirak etməyəcək

Milli Şura və AXCP Müsavat Partiyasının dekabrın 14-nə təyin etdiyi mitinqdə iştirak etməyəcək
# 05 dekabr 2014 12:29 (UTC +04:00)

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, mitinqdə iştirak barədə partiyada müzakirə aparılmır.

Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev də APA-ya deyib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin bu barədə hər hansı qərarı yoxdur: “Milli Şuranın sədri Cəmil Həsənli hazırda xaricdə olduğundan Koordinasiya Mərkəzinin toplantıları keçirilmir. Buna görə də hər hansı qərarımız yoxdur”.

Xatırladaq ki, Müsavat Partiyası mitinqə yer ayrılması üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR