Azərbaycanda neft məhsullarının istehsalı 7% azalıb

Azərbaycanda neft məhsullarının istehsalı 7% azalıb
# 17 noyabr 2014 10:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 2 198,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,6% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin on ayı ərzində ölkədə 1 023,6 min ton avtomobil benzini istehsal olunub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,5% azdır. Nəticədə bu ilin noyabrın 1-nə 50,6 min ton məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə 2 384,2 min ton dizel yanacağı istehsal olunub ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14,9% çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 54,4 min ton məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ölkədə ağ neftin istehsalı 0,3% artıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə 587,9 min ton ağ neft istehsal olunub ki, bu ilin noyabrın 1-nə 27,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin on ayında ölkədə neft bitumunun istehsalında azalma var. Bu il ərzində Azərbaycanda 209,9 min ton neft bitumu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,9% azdır. Nəticədə noyabrın 1-nə 9,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

Sürtgü yağlarının istehsalı isə ötən ilin 10 ayı ilə müqayisədə 13,7% artıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında 45,6 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə oktyabrın 1-i vəziyyətinə 12,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım var. Belə ki, bu il ərzində 171,1 min neft adıçəkilən məhsuldan istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,0% çoxdur. Nəticədə noyabrın 1-nə 6,2 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR