Tanınmış fransız bəstəkarı Pyer Tiloy “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib

Tanınmış fransız bəstəkarı Pyer Tiloy “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib
# 21 fevral 2013 13:11 (UTC +04:00)

Bakı-APA. Tanınmış fransız bəstəkarı Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş “Xocalı 613” adlı klassik musiqi əsəri bəstələyib. APA-nın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyətinin sifarişi ilə bəstələnmiş klassik musiqi əsərinin ilk premyerası fevralın 21-də Parisin “Saint Roch” kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət etdiyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. Əsərin London premyerası isə fevralın 26-da “St John's, Smith Square” kilsəsində baş tutacaq.

Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR