Sülhəddin Əkbər və yeni yaradılan partiyanın üzvləri Milli Şuranı tərk ediblər

Sülhəddin Əkbər və yeni yaradılan partiyanın üzvləri Milli Şuranı tərk ediblər
# 08 iyul 2014 11:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Yeni təsis edilən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər və partiyanın Milli Şurada təmsil olunan üzvləri bu qurumda fəaliyyətlərini dayandırıblar. Bunu APA-ya açıqlamasında S. Əkbər bildirib.

S.Əkbər deyib ki, bununla bağlı partiyanın Ali Məclisi qərar qəbul edib: “Qərara əsasən partiya siyasi qurumlarla münasibətlərini iki prinsip əsasında quracaq. Birinci prinsip siyasi-ideoloji prinsiplərdir və bu prinsiplər əsasında uzunmüddətli strateji münasibətlər qurulacaq. İkinci prinsip odur ki, ölkədə bütün demokratik potensialın mobilizasiyasına imkan verən geniş əsaslı demokratik birlikdə təmsil oluna bilərik. Yəni ümummilli, demokratik bir format yaranacağı halda, həmin formatda yer ala bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR