Bu il Rusiyanın Həştərxan vilayətindən 15 Azərbaycan vətəndaşı deportasiya olunub

Bu il Rusiyanın Həştərxan vilayətindən 15 Azərbaycan vətəndaşı deportasiya olunub
# 10 dekabr 2014 16:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. 2014-cü ildə Rusiyanın Həştərxan vilayətindən 15 Azərbaycan vətəndaşı deportasiya olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, Federal Məhkəmə İcraçısı Xidməti İdarəsinin Həştərxan vilayəti bölməsi tərəfindən il ərzində 222 nəfər qanunsuz miqrant deportasiya olunub.

Deportasiya olunan xarici vətəndaşlardan 139 nəfər Özbəkistan, 23 nəfər Tacikistan, 18 nəfər Çin, 15 nəfər Azərbaycan, 5 nəfər Ukrayna, 4 nəfər Qazaxıstan, 3 nəfər Belarus, 3 nəfər Ermənistan, 3 nəfər Türkmənistan, 2 nəfər Qırğızıstan, 2 nəfər Gürcüstan və 2 nəfər Vyetnam vətəndaşıdır.

Sözügedən ölkələrin vətəndaşları əsasən Rusiya ərazisində qalma müddəti ilə bağlıtələbləri pozduqlarına görə deportasiya olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR