Mədəniyyət və Turizm Nazirliyi regionlarda yeni layihənin icrasına başlayacaq

Mədəniyyət və Turizm Nazirliyi regionlarda yeni layihənin icrasına başlayacaq
# 22 may 2015 13:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlanılacaq.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində, muzey və digər sərgi salonlarında nazirliyinin fonduna məxsus görkəmli Azərbaycan rəssamlarının böyük bədii, tarixi və yüksək maddi dəyərə malik olan əsərlərinin təqdimatı keçiriləcək.

İlk belə səyyar sərgi mayın 26-dan iyunun 10-dək Xızı rayonunda keçiriləcək.

Sərgidə əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR