Səfir: “Hazırda Belarus-Azərbaycan əməkdaşlığında əsas diqqət sənaye kooperasiyasına yönəlib”

Səfir: “Hazırda Belarus-Azərbaycan əməkdaşlığında əsas diqqət sənaye kooperasiyasına yönəlib”
# 17 dekabr 2014 11:11 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri ilin yekunlarına dair keçirdiyi brifinqdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib.

Bu istiqamətdə əlaqələrin inkişafının davam edəcəyini deyən səfir qeyd edib ki, Gəncə Avtomobil Zavodunun son 8 ildə Belarus müəssisələri ilə birgə fəaliyyəti nəticəsində 6 mindən çox traktor və 3 minədək avtomobil istehsal olunub. Onun sözlərinə görə, Gəncə Avtomobil Zavodu MDB-də texnikanın ən böyük yığım istehsalı məkanı olub.

2014-cü ilin Gəncə Avtomobil Zavodunda istehsal inkişafı baxımından vacibliyini önə çəkən səfir qeyd edib ki, Azərbaycan maşın istehsalçıları belaruslu tərəfdaşları ilə əməkdaşlığı çərçivəsində ilk dəfə üçüncü ölkələrə birgə məhsulun ixracına başlayıblar.

N. Patskeviç həmçinin 2014-cü ildə Azərbaycanda Belarusun “Amkodor” maşınqayırma holdinqinin müştərək müəssisəsinin yaradılmasını ikitərəfli əməkdaşlığın inkişafı nöqteyi-nəzərindən əlamətdar hadisə adlandırıb.

Səfir həmçinin bildirib ki, ikitərəfli əlaqələrdə elm, səhiyyə və təhsil sahəsindəki əməkdaşlıq getdikcə daha çox rol oynayır. Onun sözlərinə görə, bununla əlaqədar bir neçə saziş imzalanıb.

N. Patskeviç son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsi həcminin 288 mln. dollar təşkil etdiyini əlavə edib. Bu il müvafiq göstəricinin 300 milyon dolları keçəcəyini deyən səfir burada xammal amilinin olmadığının vacibliyinin önə çəkib: “Ötən illərin böhranlı anlarına baxmayaraq, son 10 il ərzində iqtisadi-ticarət əlaqələrimizdə eniş olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR