Bakıda şantaj yolu ilə qadından pul tələb edən şəxs tutulub

Bakıda şantaj yolu ilə qadından pul tələb edən şəxs tutulub
# 07 noyabr 2015 11:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda şantaj yolu ilə vətəndaşdan pul tələb edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 6-da Bakı şəhər sakini M.Q (qadın) Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək cari ilin iyul ayının 5-dən sentyabr ayının 15-dək olan müddətdə həmyerlisi Eldəniz Kərimlinin onu rüsvay edəcəyi ilə hədələyib 1000 manat və 1000 ABŞ dolları almasını, habelə təkrarən pul tələb etməsini bildirib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da E.Kərimli M.Q-dan 1000 manat alarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR