Erməni apostol kilsəsi “işğal edilib”.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.
O, dindarların kilsənin rəhbərliyindən kənarlaşdırıldığını qeyd edib.
“Kilsə nə Katolikosdur, nə də yepiskopdur. Kilsə mömin bir xalqdır. Mömin xalq isə kilsənin rəhbərliyindən xaric edilib”, - Paşinyan vurğulayıb.
O, həmçinin, kilsə ilə bağlı araşdırma komissiyasının yaradılmasını təklif edib. Paşinyanın sözlərinə görə, komissiyanın işinin nəticələrinə əsasən, müvafiq qanunvericilik təşəbbüsləri qəbul edilməli və kilsənin "işğalı" dayandırılmalıdır.
Paşinyan eyni zamanda bildirib ki, icma keşiş seçiminə həlledici təsir göstərməlidir.