Paşha Bank
Bank Of Baku

Paşinyan parlamentdəki davaya görə müxalifəti günahlandırıb

Ermənistanın Baş naziri Nikol Paşinyan

© APA | Ermənistanın Baş naziri Nikol Paşinyan

# 29 oktyabr 2026 13:46 (UTC +04:00)

Ermənistan Baş naziri Nikol Paşinyan müxalifəti parlamentdəki davaya görə cavabdeh hesab edir.

“Armenpress”in məlumatına görə, bu barədə Baş nazir bu gün brifinqdə bildirib.

Paşinyan hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının hərəkətlərini alqışlayıb.

“Mən zorakılığı pisləyirəm, amma bu gün “Vətəndaş Müqaviləsi” fraksiyasının hərəkətlərini dəstəkləyirəm. Baş verənlərə görə bütün məsuliyyəti müxalifətin üzərinə qoyuram. Bəli, fraksiya üzvlərinin hərəkətlərini alqışlayıram. İstər stuldan, istərsə də başqa bir şeydən istifadə etsinlər, bu, düzgün və yerindədir”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin iclasında hakim “Vətəndaş Müqaviləsi” partiyası və müxalifət nümayəndələri arasında kütləvi dava baş verib. Davanın düşməsinə hakim partiyanın deputatı Taron Çaxoyanın çıxışı səbəb olub. Onun müxalifət nümayəndələrinə qarşı işlətdiyi təhqiramiz ifadələr qarşı tərəfin kəskin reaksiyasına səbəb olub. Söz atışması bir neçə deputatın iştirakı ilə fiziki qarşıdurmaya çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR