Amerika nümayəndələri ilə işgüzar səviyyəli əlaqələr davam edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin prezident Vladimir Putinə ABŞ nümayəndələri ilə təmasları barədə hesabat verdiyini söyləyib.
Peskov qeyd edib ki, Dmitriyev ABŞ nümayəndələri ilə potensial iqtisadi əməkdaşlığı müzakirə etməyə davam edir: "Rusiya və ABŞ arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi hər iki ölkə üçün çox faydalı olardı".
Kremlin sözçüsü ABŞ-ın əvvəlki kimi Rusiya ilə iqtisadi əməkdaşlığın bərpasını Ukrayna münaqişəsinin həlli ilə əlaqələndirməyə davam etdiyini deyib.