Bank Of Baku

Peskov: Paşinyanın tezliklə Rusiyaya səfəri gözlənilir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

© APA | Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov

# 24 sentyabr 2026 13:36 (UTC +04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin yaxın vaxtlarda baş tutacağı ilə bağlı razılıq əldə olunub.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb.

“Paşinyanın Rusiyaya səfərinin dəqiq tarixləri hələ razılaşdırılmayıb. Lakin səfərin yaxın vaxtlarda baş tutacağı ilə bağlı anlaşma var”, – Peskov deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sonuncu görüş sentyabrın 1-də Bişkekdə baş tutub. Tərəflər Rusiya-Ermənistan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlıq və Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR