Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb

Tofiq Yaqublunun apellyasiya şikayəti təmin olunmayıb
# 01 aprel 2013 14:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb.


Vəkil Akif Əlizadənin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsi T. Yaqublunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatəti təmin edərək həbs müddətini 3 ay uzadıb. Həmin qərardan isə apellyasiya şikayəti verilib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR