Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan neftinin qiyməti qalxıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında ötən gün keçirilmiş hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 1,25% və ya 0,73 dollar artaraq 58,95 dollar olub.