Pyotr Poroşenko ABŞ-dan hərbi yardım istəyib

Pyotr Poroşenko ABŞ-dan hərbi yardım istəyib
# 18 fevral 2015 05:23 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

Bundan başqa, Poroşenko ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Ukraynaya əlavə vəsaitlərin ayrılması barədə bir müddət əvvəl verilən bəyanatları reallaşdırmağa çağırıb.

Bayden, öz növbəsində, ABŞ-ın Ukraynanı tam dəstəklədiyini qeyd edib.

Cozef Bayden və Pyotr Poroşenko separatçıların atəş açması səbəbindən atəşkəs rejiminin pozulmasını qeyd ediblər.

Qeyd edək ki, bundan əvvəl KİV-lər Ukrayna Müdafiə Nazirliyinin lazımi hərbi texnikanın siyahısını ABŞ-a təqdim etdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR