NİİM: Bakının mərkəzi küçə və prospektlərində müşahidə olunan tıxac bayram tədbirləri ilə əlaqədardır

NİİM: Bakının mərkəzi küçə və prospektlərində müşahidə olunan tıxac bayram tədbirləri ilə əlaqədardır
# 19 mart 2015 07:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakının bir neçə mərkəzi küçə və prospektində müşahidə olunan tıxac bayram tədbirləri ilə əlaqədardır”.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Ş. Mehmanqızının sözlərinə görə, tıxacın günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

“Mərkəzi küçələr bağlı olduğundan digər küçələrə axın olub və buna görə də kənar küçələrdə də tıxac müşahidə olunur. Günün birinci yarısından sonra küçələrdə avtomobillərin normal hərəkəti bərpa olunacaq”, - deyə Ş.Mehmanqızı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR