Gürcüstan məhkəməsi 3 ton heroinin daşınmasında günahlandırılan şəxslərə bəraət verib

Gürcüstan məhkəməsi 3 ton heroinin daşınmasında günahlandırılan şəxslərə bəraət verib
# 16 mart 2015 14:00 (UTC +04:00)

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, məhkəmə ittiham olunan bir Gürcüstan və bir Türkiyə vətəndaşının günahsız olduğu qənaətinə gəlib.

Xatırladaq ki, bir neçə ay əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin istintaq xidməti iri partiya maye heroinin daşınması faktının aşkarlandığı barədə məlumat yayıb. 2 ton 790 kiloqram heroin müsadirə olunub. İş üzrə 3 nəfər saxlanılıb, daha sonra onlardan biri – sürücü sərbəst buraxılıb. Gürcüstan güc strukturları əvvəlcə heroinin Azərbaycan ərazisi vasitəsilə Gürcüstana keçirildiyini bəyan etsələr də, Azərbaycan tərəfi ilə aparılan istintaq tədbirləri nəticəsində heroinin Azərbaycandan gətirilmədiyi məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR