Göygöldə iki avtomobil toqquşub, eyni ailənin 4 üzvü xəsarət alıb

Göygöldə iki avtomobil toqquşub, eyni ailənin 4 üzvü xəsarət alıb
# 12 iyul 2016 13:01 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöldə bir ailənin 4 üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə-Göygöl avtomobil yolunda “VAZ - 2107” markalı avtomobillə firmalardan birinə məxsus “Isuzu” markalı yük avtomobili toqquşub. Zərbənin gücündən yük avtomobili yolun kənarına aşıb.

Hadisə nəticəsində “VAZ - 2107”-nin sərnişinləri -1983-cü il təvəllüdlü Bəçir Qarayev, həyat yoldaşı, 1980-ci il təvəllüdlü Mehriban Qarayeva, övladları, 16 yaşlı Fəridə və 12 yaşlı Fərhad müxtəlif bədən xəsarətləri alaraq Göygöl rayon mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR