Yevlax rayonunda 22 yaşlı oğlan su kanalında batıb

Yevlax rayonunda 22 yaşlı oğlan su kanalında batıb
# 31 avqust 2015 14:02 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Yevlax rayonunda 22 yaşlı oğlan su kanalında boğulub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 30.08.2015-ci il tarixdə Yuxarı Qarabağ kanalının Yevlax rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 22 km aralı, nəzarətsiz ərazidə) 1993-cü il təvəllüdlü Yusubov Elnur İlham oğlu batıb. Hadisə yerinə cəlb edilən xilasedicilər E.Yusubovun cəsədini batdığı yerdən 900 metr aralıdan taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR