Gülağa Aslınlı: “İsa Qəmbərin fikrini kimlərinsə öz üzərinə götürməsi bəzi mətləblərin açılmasına səbəb olur”

Gülağa Aslınlı: “İsa Qəmbərin fikrini kimlərinsə öz üzərinə götürməsi bəzi mətləblərin açılmasına səbəb olur”
# 20 noyabr 2014 09:19 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini, Məclis üzvü Gülağa Aslanlı deyib.

Xatırladaq ki, partiyanın sabiq başqanı İsa Qəmbər Müsavatda baş verənləri partiya ilə hakimiyyətin savaşı kimi qiymətləndirib. G. Aslanlı İ. Qəmbərin fikrini yüksək qiymətləndirərək bundan narahat olanların öz niyyətlərini ortaya qoyduğunu vurğulayıb: “İsa Qəmbərin bu cümləsi məncə, çox yerində bildirilmiş ifadə idi. Bunu kimlərinsə öz üzərinə götürməsi, bəzi mətləblərin açılmasına səbəb olur. Müsavat Partiyasının taleyi həmişə İsa Qəmbəri düşündürüb. Həyatının böyük hissəsini Müsavat Partiyasının qurulmasına, inkişafına həsr edən adamın partiyada baş verən hadisələrə biganə qala bilməməsi təbiidir. Amma Müsavat Partiyasının İsa Qəmbər tərəfindən idarə olunduğu kimi iddiaların səsləndirilməsi bu adamların niyyətlərini ortaya qoyur ki, bunlar da partiyanın yeni seçilmiş strukturlarının fəaliyyətinə kölgə salmağa hesablanmış bir addımdır. Bu iddiaların irəli gedə biləcəyini düşünənlər tamamilə yanlışlığa yol verirlər”.

G. Aslanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) funksionerlərinin Müsavatda baş verən hadisələrə münasibət bildirməsinə də toxunub. Onun sözlərinə görə, AXCP Müsavatı öz rəqibi kimi görməklə yanlışlığa yol verir: “AXCP funksionerlərinin ifadələrinə təəssüflənirik. AXCP bizim rəqibimiz deyil. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR