İranın gömrük idarəsinin rəhbəri Bakıya gəlir

İranın gömrük idarəsinin rəhbəri Bakıya gəlir
# 29 sentyabr 2014 08:01 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Sentyabrın 29-da İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Məsud Kərbasiyan Azərbaycan Dövlət Gömrük Komitəsinin sədrinin dəvəti ilə Bakıya səfər edəcək.

APA-Economics”in xəbərinə görə, səfər ərəfəsində İranın mətbuat nümayəndələrinin suallarını cavablandıran M. Kərbasiyan bildirib ki, azərbaycanlı həmkarı ilə keçirəcəyi görüşdə sərhəd-keçid məntəqələrindəki vəziyyəti, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında gömrük orqanlarının rolu və əməkdaşlıq əlaqələrinin inkişafı perspektivlərini müzakirə edəcək.

Səfər çərçivəsində M. Kərbasiyanın Azərbaycanda bir sıra digər görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR