Çində fırtına səbəbindən bir milyondan çox sakin təxliyə edilib

Çində fırtına səbəbindən bir milyondan çox sakin təxliyə edilib
# 11 iyul 2015 18:59 (UTC +04:00)

Bakı-APA. Çinin şərqində tüğyan edən güclü “Çan Hom” qasırğası səbəbindən bir milyondan çox sakin təxliyə edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təbii fəlakət əsasən Çjetszyan əyalətini əhatə edib. Məlumata görə, fəlakət zonasında leysan yağışlar və sürəti saatda 160 km-dən güclü külək müşahidə olunur.

Yüzlərlə qatar və təyyarə reysi təxirə salınıb, yerüstü və dəniz nəqliyyatının hərəkəti məhdudlaşdırılıb. Bölgənin bəzi yerlərində 400 mm-dək yağındı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR