Avstraliyada Novruz bayramı qeyd olunub - FOTO

Avstraliyada Novruz bayramı qeyd olunub - <span style="color: red;">FOTO
# 26 mart 2015 12:48 (UTC +04:00)

Bakı-APA. Avstraliyada yaşayan azərbaycanlılar Novruz bayramını Sidney şəhərində qeyd ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram gecəsi Gəncə xanı Cavad xanın nəslindən olan Kazım Cavad xanın qızı Yasəmən Cavadxanlı ilə Yunus Serinelin toy şənliyi ilə üst-üstə düşüb.

Tədbirdə Avstraliyadakı Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov qonaqları Novruz bayramı münasibətilə təbrik edərək Azərbaycan tarixi barədə məlumat verib. İ.Qasımov xüsusilə Cavad xan, onun Azərbaycan tarixində rolu barədə danışıb.

Daha sonra bayram və toy şənliyi Azərbaycan milli musiqisi, adət-ənənəsinə uyğun olaraq davam edib.

Qeyd olunub ki, Malayziyanın tanınmış neyrocərrahı Kazım Cavadxanlı Azərbaycan sərkərdəsi və Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın kötükcəsidir. Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Cavad xanın nəslinin sağ qalmış nümayəndələri Təbrizə köçüblər. Kazım Cavadxanlı da 1947-ci ildə Təbrizdə anadan olub, 1976-82-ci illərdə Belçikada neyrocərrahiyyə üzrə təhsil alıb. 1982-ci ildən Malayziyaya köçən soydaşımız paytaxt Kuala-Lumpurdakı Malaziya Milli Universitetin tibb fakültəsində neyrocərrahiyyə üzrə mühazirələr oxuyub, bu ölkədə ilk neyrocərrahiyyə əməliyyatını aparıb. O, hazırda Malziyanın Penanq ştatında neyrocərrahiyyə sahəsində mütəxəssis kimi fəaliyyətini davam etdirməkdədir. Kazım Cavadxanlının iki oğlu və bir qızı var, övladlarından ikisi – qızı və bir oğlu Avstraliyada yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR