Uludağ İqtisadiyyat Zirvəsində “İpək yolu” müzakirə edilib

Uludağ İqtisadiyyat Zirvəsində “İpək yolu” müzakirə edilib
# 13 mart 2015 15:27 (UTC +04:00)

Bursa. Mayis Əlizadə - APA. Bursanın Uludağ qəsəbəsində keçirilən İqtisadiyyat Zirvəsində tarixi “İpək yolu”nun yenidən canlandırılması məsələsi müzakirə edilib. APA-nın Türkiyə müxbirinin xəbərinə görə, müzakirələrdə Çin, Almaniya və Türkiyə iş adamları və bəzi dövlət şirkətlərinin idarəçiləri iştirak ediblər.

“İpək yolu”nun yenidən canlandırılması layihələrində Azərbaycanın önəmli addımlar atdığına diqqəti cəlb edən türkiyəli iş adamı Cahid Akçay, Bakı-Tiflis-Qars dəmir yolunun bunun mühüm örnəklərindən biri olduğunu vurğulayıb.

Almaniyanın Çindəki ticarət palatasının sədri Joerg Vittek də “İpək yolu”nun canlandırılması istiqamətində Xəzər dənizinin hər iki sahilində görülən işlərin önəmindən danışarkən Azərbaycanın istər bölgədəki, istərsə də Türkiyədəki infrastruktur investisiyalarının “İpək yolu”nun fəaliyyətə başlamasında həlledici rola malik olacağını deyib.

Qeyd edək ki, eramızdan əvvəl II əsrdə fəaliyyətə başlayan tarixi “İpək yolu” Çindən Avropaya qədər gedib çıxan əsas ticarət yolu olub. XVI əsrə qədər fəaliyyət göstərən “İpək yolu” o dövrdə meydana çıxmış geosiyasi duruma görə funksiyasını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR