Rusiya prezidenti Vladimir Putin miqrantların Rusiya Federasiyası ərazisinə daxil olduqdan sonra 30 gün ərzində tibbi müayinədən keçməsini tələb edən qanun imzalayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Putin həmçinin tibbi müayinədən keçməyən miqrantlar üçün cərimələrin artırılması ilə bağlı qanunu təsdiqləyib.
Eyni zamanda, İnsan İmmunçatışmazlığı Virusu (HİV) da daxil olmaqla, təhlükəli xəstəliklərin olmaması barədə saxta arayışlara görə həbs cəzası tətbiq edən qanun qüvvəyə minib.