Dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” kampaniyası keçirilir

Dünyanın müxtəlif ölkələrində “Xocalıya ədalət” kampaniyası keçirilir
# 26 fevral 2013 10:14 (UTC +04:00)

İslam Konfransı Gənclər Forumundan APA-ya verilən məlumata görə, Vilnüs, Ciddə və Tel-Əviv şəhərlərində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” sənədli filminin və başlanmasının beş illiyi ilə əlaqədar Litva, Səudiyyə Ərəbistanı və İsrail ictimaiyyəti üçün “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilib. Yaxın günlərdə analoji tədbirlərin dünyanın aparıcı şəhərləri olan Berlin, Vyana, Moskva, Tallin və digər şəhərlərdə keçirilməsi planlaşdırılır. Kampaniya çərçivəsində eləcə də bu ölkələrdə yerli siyasi və ictimai xadimlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının bu ilin fevralında Misirin paytaxtı Qahirədə keçirilən dövlət başçılarının zirvə görüşündə də Xocalı faciəsi “kütləvi soyqırım” kimi qiymətləndirilib.

Sözügedən tədbirlər Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində həyata keçirilir. Hal-hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR