Qahirədə İƏT-in zirvə toplantısı iştirakı çərçivəsində türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib

Qahirədə İƏT-in zirvə toplantısı iştirakı çərçivəsində türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib
# 06 fevral 2013 15:40 (UTC +04:00)

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı təşkilatın gündəliyində duran məsələlər haqqında danışıb. O, təşkilatın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusu almaq istiqamətində gördüyü işlər, təşkilata üzv ölkələrin nəqliyyat və iqtisadiyyat nazirlərinin planlaşdırılan görüşü, Bakıda keçirilmiş türkdilli ölkələrin diaspor qurumlarının toplantısı haqda da məlumat verib. Nazirlər təşkilatın fəaliyyətinin gücləndirilməsi və region ölkələrində, xüsusilə də Əfqanıstanda birgə sosial layihələrin icra olunması üzrə razılığa gəliblər.

E. Məmmədyarov Pakistan İslam Respublikası və Qırğız Respublikasının xarici işlər nazirləri ilə də ayrı-ayrı görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlər müzakirə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR