Cəmşid Naxçıvanski adına hərbi liseydə faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar tədbir keçirilib

Cəmşid Naxçıvanski adına hərbi liseydə faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar tədbir keçirilib
# 05 may 2015 14:26 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Bu gün Cəmşid Naxçıvanski adına hərbi liseydə faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə liseyin müəllimləri, kursantları, müharibə veteranları iştirak edib. Tədbirdə İkinci Dünya Müharibəsi, faşizm üzərində qələbədə müstəsna xidmətlər göstərmiş azərbaycanlı qəhrəmanlar haqqında geniş məlumat verilib, film nümayiş etdirilib.

Böyük Vətən Müharibəsi veteranı Hüsü Həsənov, Qarabağ müharibəsi veteranı Yəhya Ağayev xatirələrini bölüşüb, müharibənin dəhşətlərindən danışıblar.

Tədbir bədii hissə ilə davam etdirilib. Bundan başqa, kursantların müharibə mövzusunda əl işləri nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR