"DNKP-C" terror qruplaşması ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

"DNKP-C" terror qruplaşması ABŞ-ın Türkiyədəki səfirliyi qarşısında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
# 02 fevral 2013 19:06 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Türkiyədəki səfirliyinin qarşısında törədilən partlayışa görə məsuliyyəti solçu radikal İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DNKP-C) öz üzərinə götürüb.

APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, səfirliyin mühafizəçisinin ölümünə və bir neçə nəfərin yaralanmasına səbəb olmuş terror aktını özünü partlatmaqla 40 yaşlı DNKP-C təşkilatının üzvü Ecevit Şanlı adlı həyata keçirib. Ecevit Şanlı 1997-ci ildə terror fəaliyyətinə görə həbs olunub, lakin tibbi ekspertiza onun psixi xəstə olduğunu müəyyən etdikdən sonra, o azadlığa buraxılmışdı. O 2001-ci ildə ölkədən qaçıb, lakin sonradan saxta sənədlərlə Türkiyəyə qayıdıb.

Qeyd edək ki, 1974-cü ildə yaradılan İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi bundan əvvəl də ABŞ və NATO-nun oyektlərinə terror hücumları təşkil edib. Bu qruplaşma ABŞ-ın terror təşkilatları siyahısına daxil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR