Azərbaycanda dini qurumların və QHT-lərin maliyyə əməliyyatları nəzarətə götürülür

Azərbaycanda dini qurumların və QHT-lərin maliyyə əməliyyatları nəzarətə götürülür
# 31 yanvar 2013 11:43 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə «Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları»na dəyişiklik edib.

Dəyişikliyə əsasən, məbləğindən asılı olmayaraq haqqında məlumat verilməli olan əməliyyatların sırasına dini qurumların və qeyri-hökumət təşkilatlarının maliyyə əməliyyatları da daxil edilib. Belə ki, Azərbaycan ərazisində fəaliyyət göstərən dini təşkilatların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkəti barədə Maliyyə Monitorinq Xidmətinə hesabat verilməlidir. Bu məlumatlar dini təşkilatların bank hesabları üzrə əməliyyatlara və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə, eləcə də qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlara və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə aid olacaq.

Məlumat üçün bildirək ki, adı çəkilən qaydalara əsasən, eyni dərəcədə nəzarət cinayət yolu ilə pul və ya əmlak əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar olan əməliyyatlara, eləcə də barəsində sanksiyalar tətbiq edilməli olan şəxslərlə əməliyyatlara tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR