Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

Bakıda yol qəzası baş verib, ölən və yaralanan var
# 21 aprel 2013 08:13 (UTC +04:00)

Bakı-APA. Bakıda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnmiş yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində maşının sürücüsü, 1986-ci il təvəllüdlü Ruslan Oqtay oğlu Əhmədov ölüb, onun sərinişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal FHN-nin xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sürücünün avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR