Kremlin mətbuat katibi: "Vladimir Putinə mövqeyini dəyişmək üçün təzyiq göstərmək cəhdləri tamamilə perspektivsizdir"

Kremlin mətbuat katibi: "Vladimir Putinə mövqeyini dəyişmək üçün təzyiq göstərmək cəhdləri tamamilə perspektivsizdir"
# 02 mart 2015 19:24 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu bəyanatla çıxış edib.

"Biz dəfələrlə müxtəlif səviyyələrdə qeyd etmişik ki, Putinə təzyiq göstərmək cəhdləri və ya boyunduruq altında mövqeyini dəyişmək cəhdləri tamamilə perspektivsizdir-deyə Kremlin mətbuat katibi Qərbin sanksiyaları səbəbindən Rusiya öz mövqeyini dəyişə bilərmi sualına cavabında bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibi Con Kerri bu gün Cenevredə keçirdiyi mətbuat konfransında sanksiyaların Rusiya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir etdiyini, lakin Putinin mövqeyini dəyişdirmək üçün kifayət etmədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR