Avropa Birliyi prezident seçkiləri ilə bağlı Azərbaycan MSK ilə birgə layihələr həyata keçirmək niyyətindədir

Avropa Birliyi prezident seçkiləri ilə bağlı Azərbaycan MSK ilə birgə layihələr həyata keçirmək niyyətindədir
# 30 aprel 2013 14:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. MSK-dan APA-ya verilən məlumata görə, sədr rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq qurumlarla, həmçinin Avropa Birliyi ilə əlaqələrə xüsusi önəm verdiyini bildirib.

Səfir isə qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanıb və təmsil etdiyi qurumun Mərkəzi Seçki Komissiyası ilə birgə layihələr həyata keçirmək istədiyini diqqətə çatdırıb.

MSK sədri beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməsindən məmnunluq ifadə edib və bu əməkdaşlığın aşağı seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə yardım etdiyini vurğulayıb. Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR