Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və onların orta aylıq əmək haqqı açıqlanıb

Azərbaycan iqtisadiyyatında işləyənlərin sayı və onların orta aylıq əmək haqqı açıqlanıb
# 12 mart 2015 08:10 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 511,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 881,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 629,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənayedə, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR