Masallıda avtomobil təmiri sexi, Mingəçevir və Tovuzda isə mağaza yanıb

Masallıda avtomobil təmiri sexi, Mingəçevir və Tovuzda isə mağaza yanıb
# 25 iyul 2014 01:59 (UTC +04:00)

Bakı-APA. Ötən gün respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan avtomobil təmiri sexində yanğın olub. Nəticədə, sexin yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Daha bir yanğın Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan mağazada baş verib. Nəticədə, mağazanın lambirdən ibarət tavanı 5 kv.m sahədə, mağazanın içərisində olan 2 ədəd kondisioner, 1 ədəd kompyuter və ərzaq malları qismən yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Tovuz rayonu, İbrahimhacılı kəndində 8 ton ot bağlamasının 4 tonu və ot bağlamasına bitişik ümumi sahəsi 164 kv.m olan mağazanın 25 kv.m sahədə lambirdən ibarət divar üzlüyü yanıb, plastik pəncərə yüksək temperaturdan əriyib. Ot bağlamasının qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR