Naxçıvanda yük maşını piyadanı vuraraq öldürüb

Naxçıvanda yük maşını piyadanı vuraraq öldürüb
# 23 iyun 2016 10:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Şərur rayonunun Vərməziyar kəndində qeydə alınıb. Rayon sakini Vilayət Cabbarov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi İbrahim İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR