Bank Of Baku

Rəsmi Moskva Nyu-Yorkda Rusiya-ABŞ-Ukrayna danışıqları barədə məlumatları təkzib edib

Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev

© APA | Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev

# 24 sentyabr 2026 17:20 (UTC +04:00)

Rusiya, ABŞ və Ukrayna arasında Nyu-Yorkda planlaşdırılan üçtərəfli danışıqlar barədə yayılan məlumatlar yalandır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Nyu-Yorkda heç bir üçtərəfli görüş planlaşdırılmır və keçirilməyəcək.

Qeyd edək ki, Reuters dünən Dmitriyevin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq üçün ABŞ-a səfər etdiyini açıqlayıb.

Ukrayna mediası isə Nyu-Yorkda üç nümayəndə heyəti arasında enerji atəşkəsini müzakirə etmək üçün görüş keçiriləcəyi barədə məlumat yayıb. Lakin Ukrayna prezidentinin ofisi bu məlumatı təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR