"Forbes": Azərbaycan manatı MDB-də böhrana ən davamlı valyutadır

"Forbes": Azərbaycan manatı MDB-də böhrana ən davamlı valyutadır
# 16 aprel 2015 09:32 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın manatı MDB məkanında böhrana ən davamlı və devalvasiyaya ən az məruz qalan valyutadır.

"APA-Economics" xəbər verir ki, bu barədə "Forbes" nəşri yazır.

"Azərbaycan manatı və Moldova leyi postsovet məkanında ən az devalvasiyaya məruz qalan valyutalardır", - deyə müəllif qeyd edir.

Yazıda MDB-yə üzv olan ölkələrin milli valyutalarının devalvasiyasının səbəblərinə toxunulur. Ekspertlər hesab edir ki, bu prosesdə bir çox oxşar cəhətlər var. Məsələn, oxşar cəhətlər arasında postsovet ölkələrinin iqtisadiyyatında rəqabətqabiliyyətliliyin aşağı olması və Rusiya iqtisadiyyatından güclü asılılığın olması qeyd edilir.

Bununla yanaşı, müəllif qeyd edir ki, MDB ölkələri Rusiyadan həyata keçirilən pul köçürmələrindən asılı vəziyyətdədir. Belə ölkələr sırasında Tacikistan, Ermənistan, Qırğızıstan, Moldova, Özbəkistan və s. göstərilir. Azərbaycan isə bu qəbildən olan ölkələr arasında ən aşağı yeri tutur.

Nəşrin yazdığına görə, ən kəskin devalvasiyaya məruz qalan Ukrayna qrivnasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR