Moskvanın hava limanları yenidən bağlanıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-“Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Moskvanın Vnukovo, Domodedovo, Jukovski və Şeremetyevo aeroportlarında təyyarələrin uçuş və enişinə yenidən məhdudiyyət tətbiq edilib.