Rusiya Ukraynanın kəşfiyyat və hücum dronları üçün komponentlər istehsal edən raket yığımı zavodu olan Kiyev Radio Zavoduna zərbə endirib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ötən gecə Kiyev vilayətinin Xotiv şəhərində PS-330 Novokiyevskaya elektrik yarımstansiyasına da zərbə endirilib.
"Kiyevdə "Fanplit" dron yığımı və saxlama müəssisəsi vurulub. Bu müəssisə "Fire Point"-in FP-1 və FP-2 uzun və orta mənzilli dronlarını istehsal edib. Dnepropetrovsk vilayətində PS-330 Svetloe elektrik yarımstansiyasına və Qara dənizdə Ukrayna Silahlı Qüvvələri üçün Odessa limanına hərbi təchizat daşıyan toplu daşıyıcı gəmiyə zərbə endirilib", - Rusiya MN-in məlumatında qeyd olunub.