Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, büro tərəfindən 2014-cü il iyulun 31-də saat 20:00 radələrində Saatlı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində vətəndaşın 1-ci qrup əlilliyə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar 4000 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Kompensasiya ödənişi poçt vasitəsi ilə cari ilin noyabrın 4-də köçürülüb.