Yevlaxda yanğın baş verib, 6 baş heyvan tələf olub

Yevlaxda yanğın baş verib, 6 baş heyvan tələf olub
# 25 iyun 2016 16:25 (UTC +04:00)

Bakı-APA. Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nemətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan tövlədə baş verib.

Nəticədə tövlənin qamışdan ibarət tavanı 180 kv.m sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Yanğın zamanı tövlədə olan 5 baş xırda buynuzlu, 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR