Azərbaycanın Daimi Nümayəndəliyi: İnsan Ölçüsü Komitəsində separatçı rejimləri təbliğ edən QHT-nin iştirakına qarşı tədbir görülməlidir

Azərbaycanın Daimi Nümayəndəliyi: İnsan Ölçüsü Komitəsində separatçı rejimləri təbliğ edən QHT-nin iştirakına qarşı tədbir görülməlidir
# 30 oktyabr 2015 10:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Separatçı rejimə bağlı olan və onun təbliğatını aparan qeyri-hökumət təşkilatlarının İnsan Ölçüsü Komitəsində iştirakı ATƏT-in rəhbər tutduğu prinsiplərlə üst-üstə düşmür və İnsan Ölçüsü Komitəsinin məqsədləri ilə ziddiyyət təşkil edir”.

"İnsan Ölçüsü Komitəsinin bu il keçirilən iclasında Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan qeyri-qanuni separatçı rejimin təbliğatının aparılması təəssüf doğurur".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ATƏT Daimi Şurasının 1073 saylı iclasındakı bəyanatında deyilir. Bəyanatda bildirilir ki, İnsan Ölçüsü Komitəsinin bu il keçirilən iclasında Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında qurulan qeyri-qanuni separatçı rejimin təbliğatının aparılması təəssüf doğurur: “Beynəlxalq səviyyədə tanınan fakt odur ki, bu rejim müharibə cinayətləri, etnik təmizləmə, bəşəriyyət əleyhinə cinayətlər, soyqırımı aktları törətməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qeyri-qanuni güc tətbiqi əsasında qurulub. Bu mənada həmin separatçı rejimə bağlı olan və onun təbliğatını aparan qeyri-hökumət təşkilatlarının İnsan Ölçüsü Komitəsində iştirakı ATƏT-in rəhbər tutduğu prinsiplərlə üst-üstə düşmür, İnsan Ölçüsü Komitəsinin məqsədləri ilə ziddiyyət təşkil edir”.

Diqqətə çatdırılır ki, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru İnsan Ölçüsü Komitəsində separatçı rejimlərin təbliğatı ilə məşğul olan QHT-in iştirakına qarşı lazımi tədbirlər görməlidir. Əks halda, bu, həmin iclasların etibarlılığını zəiflədəcək.

Bəyanatda, həmçinin, Ermənistan qeyri-hökumət təşkilatı rəhbərinin Ermənistan hakimiyyətinin təzyiqlərinə dözməyərək Azərbaycanda sığınacaq alması vurğulanıb.

ABŞ-ın ATƏT-dəki səfirinin iddialarına cavab olaraq isə Azərbaycanda həbs olunan insanların milli qanunvericiliyi pozduqlarına görə məsuliyyətə cəlb edildiyi bildirilib: “Azərbaycanı onları azad etməyə çağırmaq bizə təzyiq göstərmək vasitəsidir. ABŞ səfirini insan haqlarına seçici yanaşmanı dayandırmağa çağırırıq. Biz ABŞ Hökumətini bu ölkədə baş verən ciddi insan haqları pozuntularına, xüsusən də Quantanamoda məhbuslara edilən işgəncələrlə bağlı açıq müzakirələrə səsləyirik. DTİHB və ATƏT-in digər icra strukturlarını Quantanamoda insan haqları pozulması insidentləri hərtərəfli araşdırmağa və Daimi Şuraya məruzə təqdim etməyə çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR