Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək
# 08 aprel 2015 15:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan “APA-Economics”ə verilən məlumata görə, aprelin 17-də Sinqapurun iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri edəcək.

Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Sinqapur biznes forumu keçiriləcək.

Biznes forumda İKT, nəqliyyatın və biznesin idarə olunması, logistika, əczaçılıq, neft-mədən sənayesi avadanlığı, generator, metalkəsmə, işıqlandırma, beton hazırlanma avadanlıqlarının istehsalı, dənizdə tikinti işlərinin aparılması və digər sahələri təmsil edən Sinqapur şirkətləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR