Bakıda həkim klinikada döyülüb

Bakıda həkim klinikada döyülüb
# 04 iyun 2015 15:15 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda klinikada xuliqanlıq hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xətai rayonunda Nəsrəddin Tusi küçəsi 21-də yerləşən "Medical Hospital"da qeydə alınıb.

Namidə adlı şəxs xuliqanlıq zəminində orada həkim işləyən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Mehriban Dursun qızı Məlikovanı döyüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR