Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşü başa çatıb

Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşü başa çatıb
# 13 aprel 2015 23:37 (UTC +04:00)

Bakı-APA. Berlində “normand qrupu” XİN rəhbərlərinin görüşü başa çatıb.

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, Frank-Valter Ştaynmayer (Almaniya), Sergey Lavrov (Rusiya), Loran Fabius (Fransa) və Pavel Klimkin (Ukrayna) arasında keçirilən görüş 4 saata yaxın davam edib.

Tərəflər Minsk razılaşmalarının yerinə yetirilməsi, təmas qrupu çərçivəsində işçi qrupların yaradılması məsələlərini müzakirə ediblər.

Qərb mənbələrinin məlumatına əsasən, gərgin şəraitdə keçirilən danışıqlarda Minsk razılaşmalarının siyasi və hərbi hissəsi diqqət mərkəzində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR